İtaliya XİN Rusiya qazını Azərbaycan qazı əvəz etməyi təklif edib

İtaliya Rusiya qazından asılılığını azaltmalıdır. Bu baxımdan
hakimiyyət alternativ təchizatçı kimi Əlcəzair, Azərbaycan və
Türkmənistana diqqət yetirməlidir.

AzerTimes-ın məlumatına görə, bunu “la Repubblica” qəzetinə
müsahibəsində İtaliya XİN rəhbərinin müavini Manlio Di Stefano
deyib.

“Biz orta və uzunmüddətli perspektivlər, bərpa olunan enerji
mənbələri haqqında düşünməliyik. qısamüddətli perspektivi nəzərdən
qaçıra bilmərik və ən etibarlı tərəfdaşlarla işləməliyik”, – deyə
nazir müavini bildirib.

Manlio Di Stefano əlavə edib ki, Əlcəzair belə bir tərəfdaş ola
bilər. Bundan əlavə, o, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP)
enerji mənbələrinin şaxələndirilməsi üçün əhəmiyyətini xatırladıb,
çünki Azərbaycan qazı onun vasitəsilə nəql olunur.

Teqlər: