DİM tərəfindən növbəti imtahanlar keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil
müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq
imtahanı və inzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları
üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

AzerTimes-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi fevralın 13-də
respublikanın 11 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul
imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında
abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn)
aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu
tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı
tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan
situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların
yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 10 gün
ərzində elan olunması nəzərdə tutulur.

Bu gün, həmçinin inzibati vəzifələrin B növünə (inzibati icraçı
vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə
dövlət qulluğuna qəbul imtahanı keçirilib.

İmtahan nəticələrinin sabah gün ərzində elan olunması nəzərdə
tutulur.

Teqlər: