IT mütəxəssislərin hazırlanması üzrə işlər aparılır – Nazir

Azərbaycanlı sahibkarların təxminən 60 faizi yeni biznes
modellərin yaradılmasına və innovasiyaların inkişafına investisiya
qoyub.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və
perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal transformasiya
çərçivəsində IT mütəxəssislərinin, kadr potensialının hazırlanması
üzrə işlər aparılır.

Nazir, həmçinin sahibkarların bu prosesdə fəal iştirakını müsbət
qiymətləndirib.

“Azərbaycanda sahibkarlarımız tərəfindən yaradılan əlavə dəyər
99 faizdən çoxdur. Digər ölkələrdə isə bu göstərici 13 faizə
bərabərdir. Bu onu göstərir ki, azərbaycanlı sahibkarlar
innovasiyaların və öz texniki bazalarının inkişafına vaxtında
yatırım edib”, – R.Nəbiyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)