Azərbaycan üzgüçüləri lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edəcək

Xəbər - Trend

Azərbaycan üzgüçüləri 29 aprel-1 may tarixlərində Çexiyanın
Ostrava şəhərində üzgüçülük növü üzrə keçiriləcək Beynəlxalq
turnirdə iştirak edəcək. Bu yarış həm Budapeştdə, həm də 2023-cü
ildə Fukaukada keçiriləcək dünya çempionatına lisenziya xarakterli
bir yarışdır.

Trend xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyandan
verilən məlumata görə turnirdə ölkəmizlə yanaşı İsveçrə, Ukraina,
Ruminiya, Polşa, Macarıstan, Xorvatiya, Cexiya və Gürcüstandan
idmançılar öz güclərini sınayacaqlar. Bu yarışda Azərbaycan yığma
komandasını yeni tərtib olunmuş normativ cədvəlinə uyğun
normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm
Şeyxəlizadə,Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.
Üzgüçülük üzrə yığmanın baş məşqçısı Rəşad Əbdurrəhmanovun
sözlərinə görə komanda bu yarışa əzmlə hazırlaşıb:

“Bu yarış komandamızın dünya çümpionatına lisenziya qazanması
baxımından çox önəmlidir. Ümid edirik ki, üzgüçülərimiz bu yarışda
öz göstəricilərini daha da yaxşılaşdıraraq finala vəsiqə qazananlar
sırasında olacaqlar. Bu turnirdə çox güclü idmançılar iştirak
edəcəklər. Çox çalışırıq ki, Azərbaycan üzgüçüləri ən yaxşı
nəticələr göstərənlər sırasında olsunlar” deyə millinin baş
məşqçisi əlavə edib.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə
milli komanda artıq Çexiyadadır və hazırda məşqləri davam
etdirirlər. Beynəlxaq turnir sabah start götürəcək.

Teqlər: