Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf
etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar
üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində
işlər uğurla davam etdirilir.

Belə ki, 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi
mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın
vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün
infrastruktur sisteminin qurulması işlərinə başlanılacaqdır.

Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq
subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda da
Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən
İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və
həmin layihələr Agentlikdə təhlil edilir.

Teqlər: