İsveç Türkiyəyə nümayəndə heyəti göndərəcək

İsveç hökuməti Türkiyəyə nümayəndə heyəti göndərəcək.

Trend xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ann Linde
deyibş

Onun sözlərinə görə, nümayəndə heyəti yaxın zamanda Türkiyəyə
yollanacaq.

XİN rəhbəri qeyd edib ki, nümayəndə heyəti Türkiyədə İsveçin
NATO-ya mümkün üzvlüyünü müzakirə edəcək.