Cənubi Koreyada helikopter qəzaya uğrayıb

Koreya Respublikasının cənubundakı Könsan-Namdo əyalətinin Geoje
şəhəri yaxınlığında göyərtəsində üç nəfərin olduğu helikopter
qəzaya uğrayıb.

Trend “Yonhap” agentliyinə istinadən xəbər verir ki, insident
Bakı vaxtı ilə təxminən saat 04:00-da baş verib.

Məlumata əsasən, “Sikorsky S-61N” helikopteri dağlardan birinin
zirvəsinə tikinti materialları daşıyırmış. Helikopterdə olan üç
nəfər ağır yaralansa da, sağ qalıb.

Təcili yardım xidmətləri zərərçəkənlərə bütün lazımi yardımı
göstərməyə çalışır.