Gəncədə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün reyd keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir
kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi
fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət
tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, Agentlik
əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Rayon İcra
Hakimiyyətinin əməkdaşları ilə birgə Gəncə şəhəri ərazisində
fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində keçirilən
reyd zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata
keçirildiyi məntəqələr aşkar edilib. Faktlarla bağlı məntəqə
sahiblərinə ciddi xəbərdarlıq edilib, kəsimlə məşğul olan şəxslərə
öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və
heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində
həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul
olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və
qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Teqlər: