İsrailin XİN rəhbəri Blinkenlə İran və Ukraynanı müzakirə edib

İsrailin xarici işlər naziri Yair Lapid Qüdsdə ABŞ dövlət katibi
Entoni Blinkenlə görüşdə Ukrayna ətrafındakı vəziyyəti və İranın
nüvə proqramını müzakirə etdiyini bildirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Y.Lapid E.Blinkenlə
görüşünün yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, İsrail Ukraynada baş verən hadisələri
pisləyir və ilk gündən bu ölkəyə humanitar yardım edir. “İran
məsələsinə gəlincə: bu, İsrailin problemi deyil”, – deyə Y.Lapid
bildirib.

Lapid etiraf edib ki, İsrail və Vaşinqton arasında “[İranın]
nüvə sazişi və onun nəticələri ilə bağlı fikir ayrılıqları var”,
lakin o, “açıq və dürüst dialoqun iki ölkə arasında sarsılmaz
dostluğun bir hissəsi” olduğunu deyib.

“İsrail və ABŞ İranın nüvə silahı olmaması üçün birgə işləməyə
davam edəcəklər”, – deyə XİN rəhbəri bildirib.