İranda koronavirusdan ölənlərin sayı 140 min nəfəri keçib

İranda ötən sutka ərzində 2 299 nəfər koronavirusa (COVID-19)
yoluxub, 50 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 021 nəfərə,
yoluxanların sayı isə 7 151 088 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 577 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 854 816 nəfər koronavirusdan sağalıb, 49,1
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 146 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,8 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 56,6 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 25,8 milyon təşkil
edir.