İsrailin ABŞ-dakı səfiri istefaya gedir

İsrailin ABŞ-dakı səfiri Qilad Erdan istefaya gedir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Q.Erdan özünün “Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, İsrailin BMT-dəki daimi nümayəndəsi kimi işinə davam edəcək:

“Baş nazir Naftali Bennettlə danışdım və yeni səfir təyin ediləndən sonra səfir vəzifəsindən istefamı qəbul etməsini xahiş etdim. Ən yaxın müttəfiqimiz olan bir ölkədə İsraili təmsil etməkdən şərəf duydum”.