Tayms-skverdə baş verən atışma nəticəsində 1 nəfər ölüb

ABŞ-ın Nyu-York şəhərinin əsas meydanı olan Tayms-skverdə atışma baş verib.

AzerTimes-ın “New York Post” qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində yaralanan şəxs ailəsi ilə birlikdə Tayms-skverdə yerləşən “Marriott” otelin yanından keçərkən güllə yarası alıb.

Bildirilir ki, o, xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.

Qeyd edilir ki, hazırda polislər tərəfindən atışmada iştirak etməkdə şübhəli bilinən iki nəfərin axtarışları aparılır.