Britaniyada ötən sutka koronavirusa 14 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 14 876 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 732 434 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 11 nəfər, hazırkı dövrədək isə 128 100 nəfər vəfat edib.