İsraildə koronavirusa daha 3 380 yoluxma qeydə alınıb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 380 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 741 589 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 687 816 nəfəri sağalıb, 5 501 nəfəri isə vəfat edib.