Nyu-Yorkda yaşayış evində partlayış olub, 9 nəfər xəsarət alıb

Nyu-Yorkun Bronks rayonunda yaşayış evində partlayış baş verib.

AzerTimes-ın “ABC News”a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6-sı uşaq olmaqla 9 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.


Məlumata əsasən, partlayış qaz sızması nəticəsində baş verib.