Boqotada partlayış baş verib, xəsarət alanlar var

Kolumbiyanın paytaxtı Boqota şəhərində partlayış olub.

AzerTimes-ın “La FM” radiostansiyasına istinadən verdiyi məlumata görə, partlayış təmizləyici məhsulların saxlandığı anbarda baş verib.

Məlumata əsasən, partlayış nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlar xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.