İsrail pilotsuz uçuş aparatı Qəzza zolağının şimalına zərbələr endirdi

İsrailin pilotsuz uçuş aparatı Qəzza zolağının şimalına zərbə endirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Fələstinin WAFA agentliyi bildirib.

Məlumata əsasən, ən azı iki raket mərmisi Beyt-Lahiya şəhəri yaxınlığındakı əkin sahələri kimi istifadə edilən əraziyə düşüb. Bu da maddi ziyana gətirib çıxarıb.


Ölən və yaralananlar barədə məlumat verilməyib.