Türkiyədə 214 meşə yanğından 202-si lokallaşdırılıb – Ərdoğan

Yanğınsöndürənlər Türkiyənin 46 vilayətində baş verən 214 meşə yanğından 202-ni nəzarətə götürməyi bacarıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Twitter” səhifəsində Türkiyə prezidenti Rəcəb Tayıp Ərdoğan bildirib.

Onun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 18 amfibiya təyyarəsi, 850 su çiləyən və su daşıyan maşın, 57 helikopter, 150 ekskavator, 9 pilotsuz uçuş aparatı və 5250 ixtisaslaşdırılmış xidmətlərin işçiləri cəlb edilib.

Ərdoğan özəl şirkətlər və qeyri-hökumət təşkilatları vasitəsi ilə xaricdən Türkiyəyə dörd təyyarə və bir helikopter gətirildiyini də qeyd edib:

“Quru və hava vasitələrinin sayını daim artıraraq meşə yanğınlarının söndürülməsi üçün intensiv seylərimizi davam edirik”.