Braziliya parlamentinin iclasında seçki islahatları məsələsinə baxılacaq

Braziliya prezidenti Jair Bolsonaronun fəal şəkildə dəstəklədiyi ölkədəki seçkilərdə mövcud səsvermə sistemində islahatların aparılması mümkünlüyü məsələsi Deputatlar Palatasının plenar iclasında baxılacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə qanunverici orqanın aşağı palatasının rəhbəri Artur Lir bildirib.

O qeyd edib: “Qarşıdakı seçkilərin dinc bir mühitdə keçməsi və 2023-cü ilə qədər sakit işləyə bilməsi üçün səsvermənin nəticələrinin çap edilməsi məsələsini plenar iclasa çıxaracağıq. İclas zamanı onun taleyi barədə qərarı qanuni olaraq seçilmiş bütün millət vəkilləri verəcək”.


Dövlət başçısı səsvermənin düzgünlüyünün yoxlanılması və saxtakarlığın qarşısını almaq üçün parlamentə qanun layihəsini təqdim edib. Layihəyə əsasən hər bir seçicinin səsvermə nəticələri çap olunmalıdır.