Hulusi Akar İraqla sərhədə yollanıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qoşun növlərinin
komandanlarının müşayiəti ilə İraqla sərhəddə terrorçularla
qarşıdurma zamanı Türkiyə Silahlı Qüvvələrinin 3 əsgərinin şəhid
olduğu, 4 əsgərin yaralandığı əraziyə gedib.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, aprelin 18-dən İraqın şimalında
yerləşən üç bölgədə Pençe Kilit antiterror əməliyyatı davam
edir.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bölgədə hava
şəraitinin pisləşməsinə baxmayaraq, aviasiyanın dəstəyi ilə
terrorçulara qarşı zərbələr endirilir.

Səfərdə Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsever, Hərbi
Hava Qüvvələrinin komandanı Həsən Küçükakyüz müşayiət edib.