İsmayıllıda iki polis yaralandı

İsmayıllıda iki polis yaralandı

İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polisləri – Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Seyidov Asiman Şaiq oğlu və 1997-ci il təvəllüdlü Nurəhmədli Yalçın İlahi oğlu xəsarət alıblar.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Teqlər: