Türkiyə Azərbaycanda hərbi müəssisə yaradır

Türkiyə Azərbaycanda hərbi müəssisə yaradır

Türkiyənin “Akıncılar” tekstil şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, tərəflər arasında imzalanan protokola əsasən, Azərbaycanda birgə istehsal müəssisəsi və laboratoriya yaradılacaq.

Azərbaycanda müştərək müəssisədə istehsal olunacaq müdafiə təyinatlı məmulatların üçüncü ölkələrə tədarükü planlaşdırılır.

“Azərbaycan ilk dəfə olaraq gülləkeçirməz müdafiə məhsulları istehsal edəcək. İnnovasiya mərkəzində “Akıncılar” və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun mühəndisləri birgə istehsalı inkişaf etdirəcəklər”, – İdarə Heyətinin rəhbəri Əhməd Can Uzuntəpə bildirib.

Teqlər: