Rusiya bu istiqamətdə hücum edir, Ukrayna qarşılayır

Rusiya bu istiqamətdə hücum edir, Ukrayna qarşılayır

Rusiya hərbçiləri Maryinkaya hücum cəhdlərini davam etdirir, lakin Ukrayna hərbçiləri düşmənin bütün hücumlarını dəf edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, Rusiya əsas səylərini Liman, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərində cəmləşdirir.

Bundan əlavə, Maryinka istiqamətində ukraynalı hərbçilər Maryinka ərazisində düşmənin 14 hücumunun hamısını dəf ediblər.

Eyni zamanda, Zaporojye və Xerson istiqamətlərində ruslar müdafiəni davam etdirir və cəbhə xəttinə yaxın dinc yaşayış məntəqələrinə zərbələr endirirlər.

Teqlər: