İsmayıllı sakininin evindən marixuana aşkarlanıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə
cəlb edilmələri istiqamətində əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata
görə, keçirilən əməliyyat zamanı rayon sakini Sahib Eyyubov şübhəli
şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən
həyətyanı sahədə satış məqsədilə gizlətdiyi yarım kiloqrama yaxın
qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Eyyubovun ətrafında
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: