ABB-dən maraqlı kitab!

ABB korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daha bir
kitabın nəşrinə dəstək verib. Bu, biznes təlimçisi Elşən
Bədirxanovun “Maraqlı MBA – Rəhbərin masaüstü kitabı”dır. Fevralın
14-də “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə kitabın
təqdimatı olub. ABB təqdimatdan dərhal sonra kitabın nüsxələrini
ayrı-ayrı qurumlara, ölkəmizdəki bütün universitetlərə və mərkəzi
kitabxanalara hədiyyə edəcək.

Uzun illər ölkəmizin müxtəlif biznes qurumlarında rəhbər
vəzifələrdə çalışmış müəllif bu kitabı menecment təcrübəsi əsasında
qələmə alıb. Kitab idarəetmə sahəsində əsas bilikləri özündə
birləşdirir. Praktik nümunələrə əsaslanır. Burada dünyanın tanınmış
biznes qurumlarının təcrübəsindən, nüfuzlu alimlərin fikirlərindən
geniş istifadə edilir.

ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki,
kitabın mövzusu bu gün ABB-də baş verən inkişaf ruhuna uyğundur:
“Müasir həyatımızda biznes inzibatçılığına dair biliklər
çox önəmlidir. Bu cür kitablar inkişaf proseslərinin özünü
doğrultmuş təcrübəyə uyğun aparılmasına, dəyişikliklərin düzgün
idarə olunmasına şərait yaradır. Ana dilimizdə belə bilik
resurslarının yaranması çox faydalıdır”.


Müəllif Elşən Bədirxanov isə qeyd edib ki, “Maraqlı MBA –
rəhbərin masaüstü kitabı” rəhbərə lazım olan əsas bilikləri əhatə
edir: “Bu, dərs vəsaiti deyil. İdarəçilik aləminə maraqlı
bir səyahətdir. Əminəm ki, burada yazılanlar menecerlərə və karyera
inkişafını planlaşdıran hər kəsə faydalı olacaq. Belə bir kitabın
nəşrinə göstərdiyi köməyə görə ABB-yə minnətdarlığımı
bildirirəm”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: