Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın “Uralskie avialinii” martın 6-dan etibarən
Yekaterinburqdan Bakıya reyslərin sayını artıracaq.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından
bildiriblər.

Qeyd olunur ki, uçuşlar həftənin cümə axşamı və bazar günləri
həyata keçiriləcək.

Cümə axşamı reys Yekaterinburqdan yerli vaxtla 15:55-də yola
düşəcək, 18:00-da isə Bakıya çatacaq. Əks istiqamətdə 01:05-də yola
düşən təyyarə 05:20-də Yekaterinburqa çatacaq.

Bazar günləri reys Yekaterinburqdan yerli vaxtla 22:00-da yola
düşəcək, 00:05-də isə Bakıya çatacaq. Bakıdan 01:05-də yola düşən
təyyarə 05:15-də Yekaterinburqa çatacaq.

Qeyd edək ki, hazırda sözügedən aviareys həftədə bir dəfə təşkil
olunur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: