İranla sərhəddə narkotik bağlaması aşkarlanıb (FOTO)

Aprel ayının 18-də saat 12:00 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli
rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd
zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu
zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli
bağlama aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə,
bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə
(6 kiloqram 500 qram “marixuana”, 1 kiloqram “heroin”) bənzər
maddələr və psixotrop tərkibli 780 ədəd “metadon-40” dərman
prepa­ratı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Teqlər: