Sabah temperatur 29 dərəcəyədək yüksələcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi
ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti, Bakıda
gecə 11-13° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 760
mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70
% olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə
və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir
güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti,
dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Teqlər: