Azərbaycan parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gedib (FOTO)

Aprelin 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gedib.

Parlamentdən AzerTimes-a verilən məlumata görə, Şota Rustaveli adına
Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstan
Parlamenti sədrinin müavini, Azərbaycanla parlamentlərarası
əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze,
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, ölkəmizin
Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər
qarşılayıblar.

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin rəsmi
şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Teqlər: