İranın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisidən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik
edirəm.

İran və Azərbaycan xalqlarının ortaq dini və tarixi, eləcə də
xalqlarımız arasında mövcud olan qırılmaz tellər hazırkı yeni
dövrdə iki ölkə arasındakı münasibətlər üçün dərin dayaq və möhkəm
əsaslar yaratmışdır. Xalqlarımız arasındakı həmin tellərə
söykənərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri
İran İslam Respublikası hər zaman qarşılıqlı mənafeyimiz
çərçivəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə
genişləndirilməsinə səy göstərmişdir.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının ərazilərinin
işğalına son qoyulduqdan sonra iki ölkənin əməkdaşlıq imkanları və
sahələri daha da genişlənmişdir. Ümidvaram ki, iki ölkə xalqlarının
qarşılıqlı mənafeyinə və istəyinə uyğun olaraq, hər iki tərəfin
səyləri nəticəsində həmin imkanlardan istifadə ediləcəkdir.

Sonda İran İslam Respublikasının xarici siyasətində Azərbaycan
Respublikasının önəmli yer tutduğunu vurğulayaraq, qardaş
Azərbaycan Respublikası ilə qonşuluq münasibətlərinin inkişaf
etdirilməsi istiqamətində səy göstərdiyimi bildirirəm.

Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və
müvəffəqiyyətlər, Azərbaycan Respublikasının bütün xalqına isə
uğurlar və xoş günlər arzulayıram”.

Teqlər: