Təhsil Nazirliyi dövlət imtahanının ləğvi ilə bağlı təkliflərə münasibət bildirib

Təhsil Nazirliyi dövlət imtahanının ləğvi ilə bağlı təkliflərə
münasibət bildirib.

Trend-in məlumatına görə, bununla bağlı
nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət
Valehov paylaşım edib.

Qeyd edilir ki, “Ali təhsil pilləsinin dövlət standartı və
proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75
nömrəli qərarı ilə təsdiq edilib.

“Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu
sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul
edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu
sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi
aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi
yerləşdirilib. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə
təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili)
təhsilinin məzmunu və təşkili QAYDALARI”nda da (bənd 2.13, 2.15,
2.16) qeyd olunub ki, “2.13. Bakalavriat səviyyəsində ixtisaslar
üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə
yekunlaşır.” Eyni zamanda həmin sənədə əsasən “2.15. Yekun
attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun
hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun
attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı
(fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”, –
deyə bildirilib.

Xatırladaq ki, daha öncə bir qrup tələbə dövlət imtahanının
ləğvini tələb etmişdi.

Teqlər: