İnterpolun prezidenti barəsində istintaq başlayıb

Fransada İnterpolun prezidenti Əhməd Nəsir ər-Rəisi barəsində
istintaq başlayıb.

Trend-in
məlumatına görə, bu barədə Frans-Press agentliyi bildirir.

Qeyd olunur ki, İnterpol rəhbəri işgəncələrdə şübhəli bilinir.
Məlumatlara əsasən, ər-Rəisi barədə istintaq martın sonundan
etibarən başlayıb. Fransanın Milli Antiterror Prokurorluğu iki
britaniyalıdan daxil olan şikayət əsasında Paris ədliyyəsinə
istintaqa başlamağı tapşırıb.

Qeyd edək ki, İnterpolun mənzil-qərargahı Fransanın Lion
şəhərində yerləşir.

Birləşmiş Ərəb Əmirliklərindən olan Əhməd Nəsir ər-Rəisi ötən
ilin noyabrında İnterpolun prezidenti seçilib.