İranda daha 29 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 1 895 nəfər koronavirusa (COVID-19)
yoluxub, 29 nəfər ölüb.

Trend-in
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 829 nəfərə,
yoluxanların sayı isə 7 206 959 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 361 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 945 844 nəfər koronavirusdan sağalıb, 50,4
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 148 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,1 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,3 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 26,7 milyon təşkil
edir.