Çində zavodda kimyəvi maddələrin sızması nəticəsində 3 nəfər ölüb

Çinin Yuyao şəhərində yerləşən zavodlardan birində kimyəvi
maddələrin sızması baş verib.

Trend “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3
nəfər həlak olub, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları açıqlanmır, araşdırma aparılır.