Türkiyə xüsusi təyinatlıları Suriyada 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Silaqlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyada
13 YPG (PKK terror qruplaşmasının Suriya qolu – red.) terrorçusunu
zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, terrorçular “Sülh çeşməsi” əməliyyatı zonasına
daxil olmağa çalışsalar da, onların qarşısı vaxtında alınıb.