İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Ötən gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin
Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin
sayı 11-ə yüksəlib.

AzerTimes-ın məlumatına görə, bunu İranın Böhranın İdarə Olunması
Təşkilatının sədri Məhəmməd Hüseyn Nami deyib.

M.Naminin sözlərinə görə, hadisə nəticəsində indiyədək 32 nəfər
yaralanıb.

Hələlik dağıntılar altında neçə nəfərin qalması haqqında dəqiq
məlumat yoxdur. Hazırda dağıntıların təmizlənməsi və
axtarış-əməliyyat tədbirləri davam edir.

Binanın digər hissəsinin çökməsi təhlükəsi də var. Hadisə yerinə
50-yə yaxın təcili yardım maşını cəlb edilib.