İlahiyyat İnstitutunda qeyri-islam icmaları üçün də din xadimlərinin hazırlanması gündəmdədir – Komitə

Azərbaycanda İlahiyyat İnstitutunda qeyri-islam dini icmaları
üçün də din xadimlərinin hazırlanması məsələsi gündəmdə var.

AzerTimes-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat
konfransında deyib.

“Müzakirə olunub ki, İlahiyyat İnstitutunda İslamşünaslıqla yanaşı,
xristianlıq, yəhudilik üzrə də mütəxəssislər hazırlansın”, – deyə o
bildirib.

Teqlər: