Azərbaycanın bank sektorunun aktivləri artıb

2022-ci il mayın 1-ə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət
göstərən bankların cəmi aktivləri 40,149 milyard. manat, cəmi
öhdəlikləri 35,159 milyard manat, balans kapitalı 4,99 milyard
manat təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq
olaraq 22,42 faiz, 25,28 faiz və 5,66 faiz artıb

Aprel ayında Azərbaycan banklarının kredit portfeli ötən ilin
eyni dövrü ilə müqayisədə 22,1 faiz artaraq 17,84 milyard manat
təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir
– cəmi öhdəliklərin 81,4 faizi və ya 28,613.7 mln. manat. Bankların
depozit portfeli ötən ilin apreli ilə müqayisədə 33,95 faiz
artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: