Krasnoyarskda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınları ilə əlaqədar
fövqəladə vəziyyət elan edilib.

Trend-in
məlumatına görə, bu barədə diyarın Meşə Təsərrüfatı Nazirliyi
bildirib.

Qeyd olunur ki, güclü küləklər meşə yanğınlarının sürətlə
yayılmasına yol açır.

Bəzi yerlərdə küləyin sürəti saniyədə 40 metrədək çatır. Bir
neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Hazırda meşə yanğınları Krasnoyarsk diyarının bir neçə
rayonunda, ümumilikdə 5 min kvadrat metr ərazidə davam edir.

Son məlumatlara əsasən, Nikolsk yaşayış məntəqəsində iki nəfər
yanğınlar nəticəsində həlak olub.