İran prezidenti bu həftə ölkədə koronavirusa qarşı peyvəndləmənin başladığını deyib

Səhiyyə və Tibbi Təhsil Nazirliyinin prioritetlərinə əsasən koronavirusa qarşı peyvəndləmə bu həftə İranda başlayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə milli qərargahın iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa qarşı peyvəndləmə fevralın 10-dan əvvəl başlayacaq:

“Ölkədəki bütün təşkilatlar koronavirusa qarşı peyvəndləməyə hazırlaşıblar və xoşbəxtlikdən peyvəndin ilk partiyası artıq gəldi”.