İngiltərə Premyer Liqası: “Mançester Yunayted” son dəqiqələrdə “Everton”la oyunda qələbəni əldən buraxıb

“Mançester Yunayted” komandasının futbolçuları İngiltərə Premyer Liqasının 23-cü çərçivəsində “Everton”nu qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərin heyətində Edinson Kavani (24-cü dəqiqə), Bruno Fernandeş (45) və Skott Maktominey (70) fərqləniblər. Qonaqlardan qolları Abdulaye Dukure (49), Xames Rodriqez (52) və Dominik Kalvert-Lyuin (90 + 5) vurublar.


Mançester klubuna rəhbərlik edən Ole Qunnar Sulçer məşqçi kimi İngiltərə Premyer Liqasında 100-cü oyununu keçirib.

Teqlər: