Ekvadorda prezident və parlament seçkiləri keçiriləcək

Fevralın 7-də keçiriləcək prezident və parlament seçkilərində 13 milyondan çox Ekvador seçicisi iştirak edəcək.

AzerTimes-ın “TASS”-a istinadən verdiyi məlumata görə, ölkə sakinləri dövlət başçısını, vitse-prezidenti, 137 Milli Assambleya üzvlərini (bir palatalı parlament) və respublikanı And Parlamentində təmsil edəcək beş millət vəkilini seçməli olacaqlar.

Ekvadorda ən yüksək dövlət vəzifəsinə rekord 16 namizəd mübarizə aparacaq.

Hazırkı dövlət başçısı Lenin Moreno əhali arasında populyarlığın aşağı olması (8 faiz -dən az) səbəbindən ikinci müddətə yenidən seçilməməyə qərar verdi.