İran-Azərbaycan sərhədini pozmağa çalışan azərbaycanlı güllələnib

İran Azərbaycan sərhədini pozmağa cəhd edən azərbaycanlı İran
sərhədçiləri tərəfindən güllələnərək öldürülüb.

Bu barədə AzerTimes-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
məlumat verilib.

Məlumatda bildirilib ki, may ayının 16-da İran sərhəd
nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad
Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini
pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın
tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil
olub.

“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq
orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul
edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin
araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran
tərəfinə müvafiq sorğu göndərilib”, – məlumatda deyilir.

Teqlər: