İqtisadiyyat və İdarəetmə sahəsində tədqiqatçıların IV Beynəlxalq elmi konfransı keçiriləcək

23-26 iyun tarixlərində UNEC-in Beynəlxalq
Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə
İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq
Elmi Konfransı (ISCEMR-2022) keçiriləcək.

Konfrans elmi-akademik imkanlarını genişləndirərək,
tədqiqatçılar üçün SCOPUS, SPRINGER kimi nüfuzlu platformalarda
nəşr imkanları təqdim edəcək. Ölkəmizin işğaldan azad olunmuş
bölgələrinin iqtisadiyyatı və yaşıl iqtisadiyyat ilə bağlı kitablar
konfrans çərçivəsində hazırlanacaq nəşrlər arasında yer alacaq.
Kitabın dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan SPRINGER-də
nəşri nəzərdə tutulub. Konfransa təqdim olunan seçilmiş məruzələrin
Google Scholar, eləcə də 30-a yaxın akademik platformada yer alan
beynəlxalq elmi jurnalda nəşri və ISBN nömrəli Konfrans Məruzələr
Kitabı da elektron formatda nəşri planlaşdırılıb.

Konfrans günlərində iqtisad elminin dünyadakı nüfuzlu
nümayəndələrinin iştirakı ilə plenar çıxışlar, aktual mövzularda
yerli və xarici mütəxəssislərin iştirakı ilə “workshop”lar,
tədqiqatçılar üçün akademik təlimlər və iş dünyasını da yaxından
maraqlandıran görüşlər təşkil olunacaq.

Konfransın baş sponsoru “PASHA Holdinq” şirkətlər qrupudur. Baku
Marriott Hotel Boulevard-da təşkil olunacaq konfransda iştirak üçün
məruzələrin son göndərilmə tarixi 31 May 2022-ci ildir.

Konfransla bağlı daha ətraflı məlumatı rəsmi internet
səhifəsindən almaq mümkündür; www.conferences.az

Teqlər: