35 minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti
vasitəsilə 2022-ci ilin ilk rübündə 34 605 şəxsə proaktiv qaydada
sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab
açılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iki il əvvəl
fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada
elektron sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan
şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə
alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi
hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir
və fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya
kapitalı toplamasına imkan yaradılır.

Xidmət fəaliyyətə başlayandan bu vaxta qədər ümumilikdə isə
399,3 min sosial sığorta nömrəsi verilməklə elektron fərdi şəxsi
hesabın açılması təmin edilib.

Teqlər: