“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz – Avro, funt, qızıl və neft ucuzlaşmaqdadır

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Avrozonada risklərin artması xəbərləri EURUSD məzənnəsinin
ucuzlaşmaqda davam etməsinə səbəb olur və trend 1.07$-a kimi davam
edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da
Almaniya iqtisadiyyatında inkişaf perspektivlərini ölçən “ZEW”
indeksi və saat 16:30-da ABŞ-dan inflyasiya göstəricilərinin dərci
də investorların diqqət mərkəzindədir.

GBP.

İngiltərə iqtisadiyyatında, xüsusilə sənaye sektorunda
proqnozlaşdırılmamış geriləməyə dair statistik rəqəmlərin
açıqlanması fonunda GBPUSD məzənnəsinin də təzyiq altında qalacağı
düşünülür. Burada isə ucuzlaşma 1.28$-a kimi davam edə bilər.

Çərşənbə günü saat 10:00-da İngiltərədən də inflyasiya
göstəriciləri yayımlanacaqdır.

TRY.

USDTRY məzənnəsi bazar ertəsi saat 11:00-da Türkiyədən
açıqlanacaq işsizlik göstəriciləri öncəsi 15TL-nin altında stabil
olaraq dalğalanmaqdadır. Lakin dollarla təzyiq özünü burada da
göstərə bilər.

OIL.

Enerji birjalarında təklifin artması ilə Brent 103$-ın altına
düşüb və eniş 88$-a kimi davam edə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Qlobal risklərin artdığı bir şəraitdə FED-in faiz artımı
ehtimalları, qızılı da təzyiq altında saxlayır. Təhlillərə əsasən,
bir unsiya üzrə qiymət 1950$-ın (62.7 $/qram) altında qaldıqca,
yenidən 1914$-a (61.5 $/qram) kimi dəyər itirə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

Teqlər: