Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək?

1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi
ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə,
onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda
birdəfəlik ödəmə verilməsinə başlanacaq.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, 1997-ci il avqustun 2-dək ölkəmizin
ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların,
daxili işlər orqanları əməkdaşlarının – 12 min şəhidin 18 mindən
çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı
uğurla icra edilib.

“Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı
Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq
işləri aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən
edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın
vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Eyni zamanda,
Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi
iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olundu: “Müharibə
veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin
olundu”, – deyə A.Əliyev bildirib.

Teqlər: