İndiyə qədər şəhid ailələri və müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb

Şəhid ailələri və müharibə əlillərinə ümumilikdə ötən dövrdə
12500-dən çox mənzil və ya fərdi ev verilib.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə
təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.

“Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən
çox mənzil və ya fərdi ev verilib. Bundan başqa son 4 ildə
1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik
avtomobili ilə təmin edilib”, – deyə nazir müavini bildirib.

A.Əliyevin sözlərinə görə, şəhid ailələri və müharibə əlillərinə
yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə
artırılması təmin edilib.

Teqlər: