Arvadını çəkiclə öldürmək istəyən şəxsə 7 il 10 ay cəza verildi

Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin
işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Namazov
7 il 10 ay azadlıqdan məhrum edilib.

Binəqədi rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə
ötən il oktyabrın 25-də Bakının Binəqədi rayonu, Biləcəri
qəsəbəsində baş verib.

Qəsəbə sakini 52 yaşlı Gülnarə Namazovaya xəsarətlər yetirilməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 64 yaşlı Sərdar
Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış
mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə
çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhddə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 29.120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə
cinayət işi başlanıb. Sərdar Namazov şübhəli şəxs qismində
tutularaq istintaqa cəlb olunub.

Teqlər: