İmmuniteti dərman vasitələri ilə gücləndirmək olar?

Xəbər - Humay Ağacanova – Trend:

Bu gün immunitetin stimullaşdırılması çox mübahisəli bir
məsələdir. Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir,
çünki bu dərmanların effektivliyi sübut olunmayıb.


Trend
-in məlumatına görə,bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, terapevtik təsir bütün immun sisteminə deyil,
onun müəyyən bir həlqəsinə yönəldilməlidir.


“Bütövlükdə immun sistemi gücləndirə bilən sehrli həblər,
dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq
üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin
çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya
aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra
bu vasitələrdən istifadə etməlidirlər”, – deyə o qeyd edib.

Teqlər: